Kinorejissor Cəmil Fərəcov dəfn olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.

“Report” xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.