Aras Bulut İynəmlidən sərt sözlər: “Əlimdən gələni edəcəyəm”

“Atatürk” filmini yayınlamaqdan imtina edən rəqəmsal platforma “Disney Plus”a qarşı təpkilər səngimir. Filmdə Qazi Mustafa Kamalın gənclik illərini canlandıran məşhur aktyor Aras Bulut İynəmli də etiraz doğuran qərarla bağlı açıqlama verib. 

“Sherg.az” CNN Türk-ə istinadən bildirir ki, istedadlı aktyor filmin yayın qərarının dəyişdirilməsinə sərt təpki göstərib. 

“Gazete Magazin”ə danışan aktyor “Bu filmin bütün dünyada izlənməsi üçün əlimdən gələni edəcəyəm”, söyləyib. 32 yalı aktyor  “Bu filmdə baş rol ifaçısı olan və məsuliyyət daşıyan biri kimi Ataürkə və bu layihəyə sahib çıxmaq vəzifəmdir. Plaforma belə bir qərar alıb, məncə də səhv qərardır. 

Atatürk dünyanın nəhəng liderlərindən biridir, hətta məncə, ən nəhəng liderdir. Bunun sübuta ehtiyacı yoxdur. Filmin yayınlanması üçün gərəkən nə varsa, edəcəyəm”, deyib. 
Məlahət