Vaqif Mustafayevin yaradıcılıq gecəsi keçirilib

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan yaradıcılıq gecəsi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Gecədə "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş olunub.

Tədbirin sonunda rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.

Qeyd edək ki, bu gün Vaqif Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.