“Diriliş: Ertuğrul”un aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru Ünal Silver vəfat edib.

APA “Hürriyyet”ə istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxınları sosial mediada məlumat yayıblar.

Qeyd edək ki, Ünal Silver “Diriliş: Ertuğrul”, “Bir bulut olsam”, “Muhteşem Yüzyıl”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Kuzey Güney” kimi reytinqli seriallarda əsas rolların ifaçısı olub.