Azərbaycan "Uşaq Avroviziya 2023"də iştirak etməyəcək - Siyahı

"Uşaq Avroviziya 2023" mahnı müsabiqəsində iştirak edəcək 16 ölkənin adı bəlli olub.

Axşam.az xəbər verir ki, Azərbaycan öncədən açıqlandığı kimi bu il də müsabiqədən imtina edərək siyahıda yer almayıb. Siyahıya ilk dəfə Estoniyanın adı əlavə olunub. Bundan başqa, Almaniya bir illik fasilədən sonra yenidən müsabiqəyə qayıdacaq.

Qazaxıstan da 2018-ci ildən bəri ilk dəfə bu il yarışmada iştirak etməyəcək. Serbiya isə 2014-cü ildən bu yana ilk dəfə mahnı müsabiqəsinə qatılmaq qərarı alıb.

Ümumilikdə müsabiqəyə qatılan ölkələrin siyahısı belədir:

1. Albaniya
2. Ermənistan
3. Estoniya
4. Fransa
5. Gürcüstan
6. Almaniya
7. İrlandiya
8. İtaliya
9. Malta
10. Hollandiya 
11. Şimali Makedoniya
12. Polşa
13. Portuqaliya
14. İspaniya
15. Birləşmiş Krallıq
16. Ukrayna

Qeyd edək ki, ölkəmiz ötən il də İrəvanda keçirilən müsabiqədə iştirak etməmişdi. Şüarı “Qəhrəmanlar” (Heroes) olaraq müəyyən edilən yarışma bu il noyabrın 26-da Fransanın Palais Nikaia qapalı konsert zalında olacaq.