Heydər Əliyev Sarayına direktor müavini təyin edilib

Heydər Əliyev Sarayının direktor müavini postuna təyinat olub.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
“Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”, - sorğuya cavabda qeyd olunub.