Təhlükə ötdü, Cavanşir Quliyevin səhhəti yaxşıdır  - ÖZÜ ZƏNG ETDİ

Əməkdar incəsənət xadimi, sevimli bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşır. 

Bu barədə “Sherg.az”a Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor  Hamlet İsaxanlıdan məlumat alıb. Cavanşir Quliyevin səhhəti ilə yaxından maraqlanan H.İsaxanlı açıqlamasında bəstəkarın vəziyətinin hazırda yaxşı olduğunu, təhlükənin ötdüyünü deyib: “Yaxşıdır, indi. Qorxulu mərhələ keçdi”. 
H.Isaxanlı qeyd etdi ki, Cavanşir bəy özü ona telefon edib, vəziyyətinin yaxşı olduğunu söyləyib.    
Qeyd edək ki, İstanbula səfər etmiş Cavanşir Quliyevin səhhəti bir neçə gün öncə pisləşib. O, beyinə qan sızma diaqnozu ilə İstanbuldakı Acıbadəm Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində bəstəkarın səhhəti stabilləşib. Və o, reanimasiya şöbəsindən palataya köçürülüb. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsi nəzarət altındadır.