Baş rollarda Türkan Şoray, Alla Siqalova və Faruk Pekelin oynadığı və 1978-ci ildə çəkilmiş "Bir Aşk Masalı - Fərhad ile Şirin" filmi uzun illərdən sonra Moskvada kinosevərlərlə görüşüb. Film fevralın 3-də Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə Dom Kino kinoteatrının tarixi böyük zalında nümayiş etdirilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, illər sonra Rusiyaya gedən Şoray Türkiyənin Moskvadakı səfirliyinin iqamətgahında verilən dəvətə də qatılıb. Şoray, "Hörmətli böyük elçimiz Tanju Bilgiç və sevimli səfirimiz Betül Bilgiç ilə görüşdüm. "Fərhad və Şirin"in qalasında məni tək qoymadılar. Onlara göstərdikləri səmimi maraq üçün sonsuz təşəkkür edirəm. Vəzifələrində uğurlar”.
Şoray Qırmızı Meydandan da foto paylaşıb. Şoray paylaşımına "İllər sonra, Moskvanın Qırmızı Meydanında..." şərhini yazıb.