Ağdamın Xındırıstan kəndində yerləşən məscid tarixi abidə kimi dövlət mühafizəsində olan abidələrin siyahısına daxil deyil.
Bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində yerləşən məscidin restavrasiyadan sonrakı halı sosial mediada müzakirələrə səbəb olub. Bildirilir ki, 1907-ci ildə tikilən məscidin restavrasiyasına 2020-ci ildə başlanılıb, ona minarələr əlavə edilib.