Azərbaycan və İsrail kinematoqrafçıları birgə film çəkir - FOTO
Yusif Nəzərli
11:20 28.07.2022
Mədəniyyət
917
Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb.
Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Simantovdur.
Filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq.
Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır.
Rüfət Əsədovun dağ yəhudilərindən bəhs edən budəfəki ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilindən nəql edilir.
Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır.
Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir ( “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, “Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam, Yerusəlim”, “Kənddə sonuncu yəhudi. 9 il sonra”).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə