Elçin Əlibəylidən kədərli paylaşım: “Bağışla,
alınmır...”
Elçin Əlibəylidən kədərli paylaşım: “Bağışla,
alınmır...”
Yusif Nəzərli
19:30 13.05.2023
Mədəniyyət
904
“Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da, tək qalanda qayğılar bütün cizgilərində ifadə olunurdu. Hər kəsi düşünürdün, hamıya yetmək istəyirdin, tələsirdin... Tələsdin, elə həmin gün də, əbədi sükuta tələsdin”.
“Sherg.az” xəbər verir ki, bu sözləri aparıcı Elçin Əlibəyli bu ilin martında avtomobil qəzasında həlak olan qardaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev haqda yazıb.
O mərhum qardaşı haqda fikirlərinə bu sözləri də əlavə edib:
“Ən həll olunmaz dərdi, səri nikbin ruhla silahlanıb, həll etməyi bacarırdın. İndi biz sənsizlik dərdini hamımız yığışsaq, da həll edə bilmirik. Günlər keçdikcə tək qaldığımı daha çox duyuram. Səndən öyrəndiyim kimi özümü nikbin göstərməyə çalışıram, amma bağışla, alınmır. Ən çox gün ərzində mənimlə telefonla danışdığın vaxt aralıqları: səhərlər 9-10:30, axşamlar 21-23-də sənsizlik havası hər yeri bürüyür. İndi bir qəfil xəbər, məlumat, maraqlı video qarşıma çıxanda vərdişə görə sənə göndərmək, paylaşmaq istəyirəm, amma yoxsan! Heç nəyi, hətta sənin yoxluğunu paylaşa bilmirəm. İlk günlər özümü sıxıb, saxladım sənin üçün üzülən, başsağlığı verən şəxslərin qarşısına çıxıb, ehtiramı bildirmək, ailəmizin ağrı çəkənlərini toxtatmaq üçün. İndi zaman keçdikcə dərd üstümə gəlir, indi sənin yoxluğunun gerçəyi dərk etməyə başlayıram. İsti-isti ağrını dərk edə bilmirdim, indi ağrı acı gerçək kimidir, dəyişilmir! Həmişə görüşəndə mən səndən vaxt soruşurdum, indi də soruşuram, nə vax görüşürük? Həmişə sən məni gəlib evdən, işdən götürürdün, həmişə də gecikirdin. İndi də gecikirsən, özü də çox!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya