Mərkəz: "Narkomaniyanı və tüfeyli həyat tərzini aşılayan mahnılar böyük təhlükədir"
Yusif Nəzərli
07:42 06.04.2023
Mədəniyyət
467
"Son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur".
"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.
Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunmasının artıq adi hala çevrildiyini bildirən G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirib.
Konkret nümunələrə istinad edən direktor müavini mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən həmin elementlərin bir müddət sonra milli təsir bağışlayacağı ilə bağlı narahatlığını da vurğulayıb.
Son dövrlər mahnı yaradıcılığında ciddi böhranın müşahidə olunduğunu da bildirən G.Əmirova qeyd edib ki, heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar, sözsüz ki, Azərbaycan xalqının milli mədəniyyətinə xidmət etmir: "Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir.
Beləliklə, mahnı ifaçılarının nitqi üzərində aparılan monitorinqdə başlıca məqsəd Azərbaycan musiqisinin real mənzərəsini göstərməklə sözügedən problemlərin ardıcıl həllinə nail olmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya