Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərin gözləmə və səfər vaxtını daha səmərəli təşkil etmək məqsədilə həyata keçirdiyi "Kitab Dayanacağı" layihəsinin miqyasını genişləndirir.

Teleqraf xəbər verir ki, Bakı və Gəncə dəmiryol vağzallarından sonra layihə Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.

Məlumata görə, yeni guşə vasitəsilə Sumqayıtdan səfərə çıxan sərnişinlər bəyəndikləri kitabları seçərək yolboyu mütaliə etmək imkanı əldə edəcəklər. Layihə sərnişinlərin səfər təcrübəsini zənginləşdirməyə və mütaliə mədəniyyətini təşviq etməyə yönəlib.