Bu sistem xəstələri yenə Bakıya qaçırıb özəl klinikalara pul tökməyin qarşısını almayacaq
İcbari tibbi sığorta hələ də aktuallığını qoruyur. Əhalinin böyük bir qismi icbari tibbi sığortanın bütün ölkə boyu tətbiqini gözləyir. Amma tibb sahəsi üzrə mütəxəssislərin bəzisi problemlərin ortaya çıxacağını bildirir. Pediatr Vaqif Qarayev tibbi sığorta ilə bağlı status paylaşıb və geniş müzakirələrə meydan açıb.
- İcbari tibbi sığortanın tətbiq edilməsinin qızğın tərəfdarıyam. Həkim kimi də, vətəndaş (pasiyent) kimi də. Nəhəng sosial layihədir. İlk vaxtlarda çətinliklər olacaq, bütün ölkələrdə olduğu kimi.
Son günlər İTS rəsmiləri bildirir ki, həkimlərin maaşında ciddi artım olacaq. Sabit maaş + gördüyü işin həcminə görə faiz. Belə bir maaş sistemi qurmaq istəyirlər. Sabit maaş nə deməkdi? Yəni nə qədər? 150-200 manat? Yoxsa dəfələrlə çox? Bunu açıqlamalıdılar ki, gənc həkimlərimiz rayonlara getməyə həvəslənsinlər. Kommunal məsələlər (ev-eşik, bağça-məktəb, əyləncə və s.) həllini tapacaqmı rayonlarda? Faizlə hesablanan maaş da bir az mücərrəddi. Hələ tanınmayan gənc həkimlərə müraciət edən olmayacaq, yoxsa zorla da olsa hamıya pasiyent paylanacaq?Bu arada Agentlik rayonlara müxtəlif mütəxəssislərin vakansiyasını elan edib. İlin axırına kimi lazım olan qədər həkim tapa biləcəklər?
Sosial şəbəkə istifadəçiləri müzakirələrə qoşulub və maraqlı fikirlər bildirilib:
Musayeva Aygün:
Lazım olan qədər həkim tapılacaq, amma o həkimlərin diaqnoz qoyub, dar, məhdud çərçivədə düzgün müayinə-müalicə edib xəstəni razı salacağına zəmanət verilmir. İcbari tibbi sığorta məncə müayinə üçün geniş imkanlar açmır. İcbari tibbi sığorta xəstələri yenə Bakıya qaçırıb özəl klinikalara pul tökməyin qarşısını almayacaq. Ümumiyyətlə, bu məsələni yaşamadan, görmədən təsəvvür etmək mümkün deyil. 10 manat USM-yə qiymət qoyulub, ondan həkimə nə faiz verəcəklər? Rayonda USM həkimi elə 10 manata USM edib, “dolyasını” verəndən sonra təmiz qazancını cibinə qoyurdu da. 2 manat faizə hansı həkim USM-də yaxşı baxacaq? "Yola verdi getdi", kampaniyası olacaq.
Vakansiya elan olunursa, deməli, rayonlarda həkim çatışmazlığı var. Rayon xəstəxanalarının tibbi avadanlıqlarla təchizatı da çox mühüm məsələdi ki, insanlar yenə Bakıya axışmasın. Yəni başlamaq lazımdı. Bütün çətinliklər bundan sonra aşkar olunacaq.Musayeva Aygün yazıb ki, 50 faiz çətinlik indidən görünür. Milyonlar lazımdı. Rayondakı baş həkimlər dəyişməsə, o gənc həkim heç nə edə bilməyəcək. Ya gərək həkim Təbib və ya icbari tibbi sığortaya tabe olsun ki, sözünü, dərdini deyə bilsin. Bu çox qəliz məsələdi. Əvvəl elə bilirdim kino qəliz məsələdi, amma səhiyyə ondan da qəlizdi.
Ülkər Nəsirova: - Doktor, mən heç də razı deyiləm, həkimlər gedəcək hamısı dövlət xəstəxanalarından özəllərə. Maaş dövlətdə inanmıram normal olsun, ona görə. Bundan başqa protokallar. Onlar imkan verməyəcək xəstələrə individual yanaşmağa, mən isə tibdə individual müalicənin tərəfdarıyam, hamıya eyni yanaşmanın tərəfdarı deyiləm, hər kəsin orqanizmi individualdır və xəstəlik də hərədə bir cür keçir. Diabet.az: - Dəqiq yəqin ona görə demirlər ki, həkimlərin maaşı yenə də dünya standartları səviyyəsində olmayacaq və onları da pis vəziyyətə salacaqlar. Açıq desinlər ki, kim nə qədər, hansı kriteriyalarla maaş alacaq.Aynur Şahkərimova: - Çox gözəl və vacib layihədir bu. Həm də ehtiyac duyulan. Çox ümid edirəm normal tətbiq olunacaq. Avadanlıq, həkim qıtlığı olmayacaq dövlət xəstəxanalarında və buna ciddi riayət olunacaq.
Tibbi sığortanın özünü doğruldacağına inananlar azdır
10:08 20.07.2019
Media
1542

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Türkiyədən İranla bağlı bunu istəyə bilər - Hürriyət
18:50 21.04.2025
Siyasət
KİV: İlon Mask Tramp administrasiyasını tərk etməyə hazırlaşır
18:44 21.04.2025
Dünya
Prezident İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq
18:37 21.04.2025
Sosial
NATO-ya alternativ ssenari: Avropa öz müdafiəsini özü qurur
18:30 21.04.2025
Dünya
TDT-nin Şimali Kiprdə iclası keçiriləcək
18:20 21.04.2025
Gündəm
Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
18:17 21.04.2025
Ekologiya
Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat olub
18:06 21.04.2025
Mədəniyyət
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olunub
18:02 21.04.2025
Mədəniyyət
Ağ Ev: Tramp Heqsetin arxasında dayanır
17:56 21.04.2025
Dünya
Bakıda iki qız itkin düşüb
17:49 21.04.2025
Hadisə
Roma Papasının ölümünün mümkün səbəbi məlum oldu
17:36 21.04.2025
Dünya
Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb
17:30 21.04.2025
Sağlamlıq
Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib
17:24 21.04.2025
Hadisə
Roma Papası “postuna” dörd namizəd var - SİYAHI
17:12 21.04.2025
Dünya
Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb
17:06 21.04.2025
Siyasət
Arzum Onan illər sonra yenidən aktrisalığa qayıdır
17:00 21.04.2025
Şou
Parisdən Silopiyə köç: “Bu kəndi qurmağı özümə missiya bildim”
16:52 21.04.2025
Cəmiyyət
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM
16:46 21.04.2025
Ölkə
Britaniya sursat istehsalını artırır: Yeni zavod...
16:34 21.04.2025
Dünya
Milli Məclisdə iki yeni sektor müdiri təyin edilib
16:28 21.04.2025
Siyasət
IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq təşkil olunacaq
16:10 21.04.2025
Hadisə
Ərdoğan Papanın vəfatı ilə bağlı başsağlığı verdi
15:58 21.04.2025
Dünya