“Bu ilki qəbul imtahanlarında jurnalistika ixtisasına maraq göstərənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
2014-cu ildə ilk dəfə jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı keçirildiyini deyən ekspert qeyd edib ki, həmin il 125 nəfər imtahandan keçmişdi:
“Daha sonra isə qabiliyyət imtahanlarına maraq artdı və bu il üçün 270 yer ayrılıb. Bu da yüksək göstəricidir. Eyni zamanda müsabiqəyə qatılanların da sayı yüksəlib. Bu il təqribən 486 nəfər jurnalistika ixtisasını seçmişdi. Düzdür, 486 nəfərdən 110-u imtahanlara gəlməmişdi, amma yerdə qalan 376 nəfər də yüksək rəqəmdir. Həmin şəxslər imtahan verdilər və öz qabiliyyətlərini göstərdilər. 376 nəfərdən cəmi 29 nəfəri qeyri-məqbul, digərləri isə məqbul bal toplayıblar. Yəqin ki, balların yüksəkliyinə görə sıralanma aparılacaq. 376 nəfərin olması bir daha onu göstərir ki, jurnalistikada qabiliyyət imtahanı verməyə maraq yüksəkdir, həm də yerlərin sayı artıb”.
M.Ələsgərli bildirib ki, bu il Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi üzrə ingilisdilli təhsil üçün 25 yer ayrılıb:
“Bu da yaxşı göstəricidir. Eyni zamanda jurnalistika təhsili verən müəssisələrin də sayı təmin olunub. Bunlardan BDU, Naxçıvan Dövlət Universiteti, Slavyan Universiteti, Azərbaycan Dillər Universitetidir. Bu universitetlərdə jurnalistikaya marağı və həvəsi olan şəxslər üçün təminat yaradılıb.
İnşa müsahibələri də çox rahat keçdi. Yaxşı mövzular düşmüşdü. Uşaqlara şərait yaradıldı ki, rahat şəkildə imtahanlarını versinlər. Narazı qalanlar üçün Appelyasiya Komissiyası təşkil olundu. Onlardan 3 nəfər apellyasiyaya müraciət etmişdi. Daha sonra biri ərizəsini geri götürdü, iki nəfərdən birinin isə hüququnu bərpa etdik. Jurnalist olmaq istəyən şəxslər üçün hər cür şərait yaradıldı və kifayət qədər plan yerləri ayrılıb. Həmçinin imtahanlar da çox rahat keçdi.
Bu il jurnalistika ixtisasına ancaq jurnalist olmaq istəyənlər sənəd verdi. Qabiliyyət imtahanlarının da mahiyyəti məhz budur. 2014-cü ildə qabiliyyət imtahanından keçən uşaqlar keçən ildən başlayaraq məzun oldular və onlar artıq mediyada işə düzələrək yüksək xidmət göstərirlər. Bu da onu sübut edir ki, qabiliyyət imtahanlarının tətbiqi uğurlu addım olub”.
“Bu il jurnalistika ixtisasına ancaq jurnalist olmaq istəyənlər sənəd verdi” - Maraq artıb
20:31 09.08.2019
Media
957
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda binanın həyətinda 3 maşın yandı
11:23 06.11.2024
Hadisə
TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası yaradılıb
11:17 06.11.2024
İqtisadiyyat
Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir
11:11 06.11.2024
Dünya
Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib
10:58 06.11.2024
Dünya
Tramp Harrisi bu qədər səslə qabaqlayır - Son dəqiqə
10:46 06.11.2024
Dünya
Xaricdə "təhsil" fırıldaqçıları
10:34 06.11.2024
Təhsil
Ceyhun Bayramov Bişkekdə COP29-a hazırlıqdan danışıb -YENİLƏNİB
10:27 06.11.2024
Siyasət
COP29 Dini Liderləri Bakıya topladı
10:20 06.11.2024
Siyasət
KİV: Respublikaçılar Senatda ən azı 51 səs alıb
10:07 06.11.2024
Dünya
Qadını maşınla vurub qaçan sürücü saxlanıldı
10:00 06.11.2024
Hadisə
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb
09:44 06.11.2024
COP29
Sülh sazişinin alternativi yoxdur - RƏY
09:37 06.11.2024
Siyasət
Dünya bazarlarında neft ucuzlaşıb
09:30 06.11.2024
İqtisadiyyat
ABŞ seçkisinin ilkin nəticəsi: Tramp öndədir - Yenilənir
09:23 06.11.2024
Dünya
Qallantın getməsi mövqeyimizi dəyişdirməz - Kanada
09:17 06.11.2024
Dünya
Sumqayıtda qadın qaynı arvadı tərəfindən bıçaqlanıb - YENİLƏNİB
09:10 06.11.2024
Hadisə
Belə bələdiyyədənsə, olmasa yaxşıdır - AÇIQLAMA
09:04 06.11.2024
Siyasət
Uşaq evinin "qotur rəhbərliyi" 8 uşağa qotur salıb
09:04 06.11.2024
Sağlamlıq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub
09:00 06.11.2024
Cəmiyyət
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
08:30 06.11.2024
Gündəm
Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır
08:06 06.11.2024
Siyasət
Tramp, yoxsa Harris?
07:07 06.11.2024
Siyasət
Ankara Əsədlə danışıqlara hazırdır - ŞƏRH
06:09 06.11.2024
Siyasət
Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda"
05:11 06.11.2024
Siyasət
Ceyhun Bayramov İrəvana gedə bilər?
04:13 06.11.2024
Siyasət
Lavrov suyu bulandırır
03:15 06.11.2024
Siyasət