Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 2-də saat 10:00-da Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.
Lent.az -a bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
“Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovla (050-235-30-33) əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd olunub.