“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb  - Əhməd İsmayılov

“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb.

Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, qanun media subyektlərini əhatə edəcək: “Media Ombudsmanı bu qanunun predmeti deyil”, - deyə Ə.İsmayılov bildirib.