Əhməd İsmayılov: “Mediamızın rəqəmsallaşmasını təmin etməliyik”

“Məqsədimiz Azərbaycanda rəqəmsal medianı inkişaf etdirməkdir”.

"Report"un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

“Sosial media da artıq keçmiş terminə çevrilib. Biz mediamızın rəqəmsallaşmasını təmin etməliyik. Artıq dünyada audiovizual və çap media rəqəmsallaşır. Mövcud islahatlar çərçivəsində ölkəmizdə buna nail olmağa çalışacağıq”, - o bildirib.