Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi Dan Maysonu qəbul edib  

Fevralın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Maysonu qəbul edib.
MEDİA-dan "Sherg.az"a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək ölkədə media sahəsində həyata keçirilən islahatlar və “Media haqqında qanun” barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, peşəkarlığın artırılması istiqamətində təşkil olunan layihələrə xarici ekspertlərin cəlb olunması imkanları müzakirə olunub.