Rusiyanın "Exo Moskvı"radiostansiyası bağlanır? - AÇIQLAMA

Rusiyanın müstəqil radiostansiyası "Exo Moskvı" bağlanacağını açıqlayıb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  bu barədə şirkətin saytında bildirilib:
“Exo Moskvı”nın Direktorlar Şurasının səs çoxluğu ilə radiokanalın və internet saytının ləğvi barədə qərar qəbul edilib”.
Baş prokuror açıqlama verib:
 “Exo Moskvı” və “TV Rain” telekanalları Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını qorumaq üçün keçirilən xüsusi əməliyyat zamanı rus hərbçiləri ilə bağlı yalan məlumat yayıblar.”
Baş Prokuror həmçinin bildirib ki, hər iki orqan bəyanatda ekstremizmə, Rusiya Federasiyası vətəndaşlarına qarşı zorakılığa, ictimai asayişin və ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulmasına çağırışlar edən məlumatlar yerləşdirib.
Qeyd edək ki, şimal qonşumuzda hakimiyyət orqanları icazəsiz mitinq keçirməyi və  bu haqda məlumat yayımlanmasını qadağan edir.

Cəmilə ƏZİM