“Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda əyani və distant TƏLİM - FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində tabe prokurorluqlarda media subyektləri ilə əlaqələrə məsul əməkdaşlar üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda əyani və distant olmaqla təlim keçirilib.
"Sherg.az" xəbər verir ki, müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılması məqsədilə təşkil olunan təlim çərçivəsində Medianın İnkişafı Agentliyinin nümayəndəsi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın mühazirəsi dinlənilib.