Media reyestrinin aparılması qaydalarının ilkin layihəsi hazırlanıb

“Media reyestrinin aparılması qaydaları və media reyestrinin şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb”.

“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, layihə barədə aidiyyəti üzrə müvafiq qurumlarla razılaşdırılma aparılmaqdadır:

“Düşünürük ki, Prezidentin müvafiq fərmanında qeyd edilmiş müddətdə media reyestrinin formalaşdırılmasına nail olacağıq”.