Jurnalistlərin iqtisadi müstəqilliyi  gücləndirilir - Təkliflər hazırlandı

“Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir”.

“Report”un xəbərinə görə, bunu MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı MEDİA tərəfindən bir sıra təkliflər hazırlanıb:

“Hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır”.