"Onlayn media subyekləri üçün əlavə reklam fürsəti yaradılmaqdadır"

Medianın İnkişafı Agentliyi müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olaraq onlayn media subyekləri üçün də əlavə reklam fürsətinin yaradılması istiqamətində işlər görməkdədir.
"Sherg.az" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib. Agentiyin sözçüsü diqqətə çatdırıb ki, Medianın İnkişafı Agentliyi bu sahədə ixtisaslaşmış partnyorları ilə birgə bu gün Azərbaycanın milli rəqəmsal təhlil platforması olan Metrix.az layihəsini təqdim etdi.

S.Şəfiyeva qeyd edib ki, Metrix.az təhlil platforması ölkədə 50-dən çox yerli veb-sayt və eyni zamanda sorğular vasitəsilə Azərbaycanda ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.