MEDİA rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib - FOTOLAR

10 may tarixində Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.