TÜRK  DÖVLƏTLƏRİ  MEDİA  FORUMU  İSTANBULDA  DÜZƏNLƏNDİ - FOTO

May ayının 13-15-dək Türkiyənin İstanbul şəhərində Türkiyə Cumhuriyyəti Prezidenti Administrasiyasının Əlaqələndirmə Rəhbərliyi və Türk Dövlətləri Təşkilatının birgə düzənlədiyi “Türk Dövlətləri Təşkilatının media və informasiya nazirlərinin və yüksək vəzifəli rəsmilərinin dördüncü toplantısı” Medya Forumu keçirilib. 
Proqramı giriş sözü ilə açan Türk Dövlətləri Təşkilatının baş katibi Baghdad Amreyev Macarıstan və Türkmənistanın müşahidəçi ölkə olaraq qatıldığı toplantı işirakçılarını salamlayaraq, mediya sahəsində həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də tərəflərin ikili işbirliyini davam etdirəcəklərini söylədi və Türk Dövlətləri arasındakı bu toplantının hər il keçirilməsi istiqamətində qərar aldıqlarını vurğuladı. O bildirdi ki, mediya sahəsində ən böyük məsuliyyətimiz yanlış xəbər və dezinformasıya ilə mücadilə etməkdir, bunun üçün rəsmi xəbər agentliklərimiz və televiziyalarımızın iş birliyini gücləndirməyimiz lazımdır. Amreyev həmçinin qeyd etdi ki, heyət rəhbərlərinin görüşündə ortaq yayınların həyata keçirilməsi məsələsi ətrafında danışıldı və bu sahədə ciddi işlər aparılacaq.

Daha sonra Türkiyə Cumhuriyyəti Prezidenti Administrasiyasının Əlaqələndirmə Rəhbəri Fəxrəddin Altun da toplantı iştirakçılarını salamlayaraq, ilk öncə bu gün ilə üst-üstə düşən 13 May Dil Bayramı münasibətilə iştirakçılar təbrik etdi. 

Ortaq tariximizi və əbədi qardaşlığımızı bu gün dərinləşən ikili əlaqələrimiz və Türk Dövlətlərinin çatısı altında davam etdirdiklərini deyən Altun, təməli 2009-cu ildə “Naxçıvan anlaşması” ilə qoyulan Türk Dövlətləri Təşkilatının 2001-ci ilə qədər “Türk Keneşı-Türk Konseyi” olaraq adlandırıldığını, amma keçən il İstanbulda gerçəkləşən liderlər zirvəsində Türk Dövlətləri Təşkilatı adı aldığını vurğuladı. Təşkilatın bu 13 ildə daha da təkmilləşdiyini və beynəlxalq anlamda ciddi məsafələr qət edərək istiqrarlı platform halına gəldiyini deyən Fəxrəddin Altun, başda liderlərimiz olmaqla bu zaman zərfində əməyi keçən, təşkilatın bu hala gəlməsində qatqısı olan hər kəsə təşəkkürlərini ifadə etdi və bildirdi ki, prezident Ərdoğanın dediyi kimi Türk Dövlətləri Təşkilatı bir könül birliyidir və bu birliyi siyasətdən iqtisadiyyata, sənətdən əlaqələndirməyə, təhsildən mədəniyyətə qədər bütün sahələrdə yeni körpülərlə biz möhkəmləndirməliyik və buna nail olduğimuzda daha da güclü olacağıq, dövlət başçılarımız da mediya və informasiya sahəsinə çox böyük  qayğı göstərir, inkişafı dəstəkləyirlər.Türk Dövlətlərinin həmrəyliyindən danışan Altun: “ Şanlı zəfərlə taclanan, qürur duyduğumuz 44 günlük Qarabağ Savaşı zamanı informasiya cəbhəsində də can Azərbaycanla birlikdə böyük bir mücadilə verdik və həmrəylik nümayiş etdirdik” deyə vurğuladı.  

Daha sonra Azərbaycan Respublikasi Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev toplantı iştirakçılarını salamlayaraq bunları dedi: “ 2021-ci il Türk Dövlətləri Təşkilatı tarixində çox mühüm və önəmli il olmuşdur, həm İstanbul Sammitində təşkilatın bu şəkildə adlandırılmasının təsdiqi, həm də “Türk Dünyasına baxış 2040” strateji sənədi qəbul edildi ki, bu da digər sahələrdə olduğu kimi mediya və informasiya sahəsində üzv ölkələr arasında əməkdaşlıqla əlaqədar qarşımıza çox ciddi vəzifələr və tapşırıqlar qoymuşdur. Bu sahədə işimizin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün “mediya koordinasiya” komitəmiz də yaradılmışdr ki, rəhbər şəxslər bu formatda mütəmadi görüşərək fəaliyyətlərimizi əlaqələndirsin və birgə iş birliyimizi təmin etsin. 

2019-cu ildə keçirilən yedinci Bakı Sammitində liderlərimizin qəbul etdiyi qətnaməni xüsusilə qeyd etmək istərdim, liderlərimiz mediya sahsində - televiziya, radio quruluşlarımız, informasiya agentliklərimiz və bütün mətbuatımız arasındakı iş birliyini qarşımızda vacib məsələ və tapşırıq kimi qoymuşdur. Bu dəfəki görüşlərimizdə də çox önəmli məsələləri müzakirə etdik, bunun üçün ev sahibliyi edən Türkiyə Cumhuriyyəti Prezidenti Administrasiyasının Əlaqələndirmə Rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Mediya mənsublarının bir araya gəlməsi çox önəmlidir, bu ölkələrimiz, xalqlarımız arasında tarıxı, mədəni bilgilərimizin artırılmasına, bir-bimizin məlumatlandırılmasına, bağlarımızın gücləndirilməsinə xidmət edir. Çox təəssüflər olsun ki, ölkələrimizə qarşı kirli, saxta, dezinormasiya kompaniyaları aparılır, bunun üçün biz dünyaya da birlikdə danışmalıyıq. Xüsusilə 44 günlük Qarabağ Savaşında psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik, amma mən burada həmin dönəmdə diplomatlarımızın və siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışmasını xüsusilə qeyd etmək istəyirəm, biz birgə səylərimizlə ədaləti dünyaya çatdırmış olduq. Çox təəssüflər olsun ki, hələ də dünya mediasına baxdığımızda Azərbaycana qarşı çirkli propaqandaları davam edirlər, bu bir daha onu göstərir ki, biz birgə səylərimizi daha da artırmalıyıq. 

Qeyd edim ki, dezinformasiya və propaqandalara qarşı mübarizədə təcrübə mabadiləsinin aparılması, müxtəlif treninqlərin keçirilməsi istiqamətində səylərimizi artirmaq məqsədilə Azərbaycanla Türkiyə arasında olan “Mediya platforması konsepsiyası” çərçivəsində işlərimizi mütəmadi davam etdirirk, digər qardaş ölkələrimizlə də bu konsepsiya çərçivəsində birgə əməkdaşlığın önəmini vurğulamaq istəyirəm. Həmçinin sosial media sahəsində iş birliyimiz də çox önəmlidir, təəssüf ki, xarici qüvvələr sosial medyanın imkanlarından istifadə edərək ölkələrimizə qarşı saxta propaqandalar aparırlar. Bu baxımdan sosial mediada da qlobal idarəçilik sisteminin təmin olunması təşəbbüsünün BMT  və digər təşkilatlar qarşısında qaldırılması çox önəmlidir”. H.Hacıyev çıxışının sonunda 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhəri elan edilməsi səbəbiylə toplantı iştirakçilarını Şuşaya dəvət etdi.

Toplantıya video müraciət edən Türkiyə Cumhuriyyətinin Prezidenti R.T.Ərdoğan toplantı iştirakçılarını səmimiyyətlə salamlayaraq bunları dedi: “Sizləri tarix və mədəniyyətlər şəhəri gözəl İstanbulumuzda qarşılamaqdan bəxtiyarlıq duyuruq. Bu toplantının və edəcəyininz məsləhətləşmələrin ölkələrimiz və bütün Türk Dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm. Toplantınız ən çox istismar olunan sahələrdən biri olan media mövzusunda iş birliyimizin daha da inkişaf etməsinə təkan verəcəkdir. Məlum olduğu kimi keçən il Türk Dünyası olaraq Türk Dövlətləri Təşkilatının təsisi ilə aramızdakı həmrəyliyi bir üst səviyyəyə çatdırdıq. Digər sahələrdə olduğu kimi media sahəsində də iş birliyimizi gücləndirməliyik. Media və əlqələndirmə, sosial media və dezınformasiya ilə mücadilə siyasi və sosial sağlamlığımızın zəmini baxımından böyük önəmə sahibdir. Qarabağ Savaşı zamanı şahid olduğumuz yalan və iftiralar bizə həm bu məsələnin önəmini xatırlatdı, həm də güclərimizi birləşdirməyimizin nə qədər vazkeçilməz olduğunu göstərdi. Savaş sadəcə sahədə verilmədi, 44 gün boyunca yazılı və görsəl mətbuatdan sosial mediaya qədər bir çox məcrada çətin bir mücadilə yürüdülmüşdür. Yaşadığımız acı təcrübələr göstərir ki, demokratik ölkələrdə dördüncü hakimiyyət hesab edilən media bəlli güclərin, bəlli şirkətlərin, pis niyyətli çevrələrin əlində həqiqətləri təhrif edən, gerçəyin üstünü örtən bir manipulyasiya vasitəsinə dönməkdədir. “Dijital faşizm” bu gün milyardlarla insanın doğru və tərəfsiz xəbər alma haqqını əngəlləyən bir təhdid ünsürü halına gəlmişdir. Xususilə heç bir nəzarətin, yoxlamanın, qanunun olmadığı sosial media məcraları bütün toplumlar üçün ciddi risklər yaratmaqdadır. Belə bir durumda dezinformasiya ilə mücadilə, bilgi güvənliyi, milli bilgi texnologiyaları həmləsi, ortaq mədəniyyət işbirliyi çox önəmlidir, bu istiqamətdə hamınıza uğurlar diləyirəm”. 

Daha sonra “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü, film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi - metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panellər düzənləndi.
Forumda rəsmi nümayəndə heyətləri ilə yanaşı, Türk Dünyasından müxtəlif media nümayəndələri, sənətçilər və alimlər iştirak edirdi.

Yaqut Misirxanlı
İstanbuldan xüsuslə “Şərq” qəzeti üçün