Yeni MEDİA könüllüləri fəaliyyətə başladı

Qeydiyyat və müsahibə mərhələsindən uğurla keçən yeni MEDİA könüllüləri fəaliyyətə başladı.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə təşkil edilən “Media könüllüləri” Proqramı 3 ay müddətində davam edəcək.