Elçin Şıxlıdan TƏNQİD! - “İP xətrinə peşə etikasından imtina edirlər”

 “TV Müsavat” ın canlı efirində gərgin anlar yaşanıb. "Canlı debat" verilişində hərbi ekspert Üzeyir Cəfərovla politoloq Elxan Şükürlü arasında mübahisə düşüb. Bir -birini Rusiya agenti olmaqda günahlandıran hər iki şəxs ağır və təhqiramiz ifadələr işlədib. Populyarlıq xatirinə efir etikasınıın ayaqlar altına alındığını deyən 

“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a bildirib ki, adıçəkilən şəxslərin hər ikisi normal adamlardır və onları tanıyır:

“Amma gərək efirdə özlərini aparmağı bacaraydılar. Burada rejissor və kanal rəhbərliyinin günahı böyükdür. Çünki bir düyməylə ən azından səsi dayandıra və yaxud verlişi bitirə bilərdilər. Lakin İP xətrinə bu tip xəbərlərin paylaşılmasına və verlişin davam etməsinə imkan yaratdıqları üçün efir mədəniyyəti və peşə etikasından imtina etdilər. 

Mən burdan bütün media qurumlarını diqqətli olmağa çağırır, izləyicilərə isə bu tip bayağı verilişlərdən uzaq olmağı tövsiyə edirəm".

Nihat Müzəffər