MEDİA-nın şöbə müdiri:"Mediamız peşə etikasına əməl edir" - FOTO

“Azərbaycanda yeni informasiya mühiti formalaşıb. Cari ilin fevralın 8-də “Media haqqında” qanun qüvvəyə minib ki, onun 5-ci bəndi media azadlığını ehtiva edir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qanunun 6-cı maddəsi isə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən ona hər hansı maneənin yaradılmasını qadağan edir:

“Biz bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərmişik. Demək olar ki, bütün ciddi, ictimai-siyasi məzmun verən xəbər saytlarında, agentliklərində bu sənəd yerləşdirilib və peşə davranış qaydalarına əməl edirlər. Bu o deməkdir ki, mediamız peşə etikasına əməl edir.

Düşünürəm ki, ictimai əhəmiyyətli məlumat və ictimaiyyət üçün maraqlı olan informasiya fərqli anlayışlardır. Jurnalistikanın hədəfi ictimaiyyət üçün maraqlı olan informasiyaları işləməyi özünə hədəf seçib”.

“Dünyada beynəlxalq hüquq kimi insan hüquqları da böhran keçirir. Azərbaycan kimi ölkələrə münasibətdə insan hüquqlarından istifadə edilir. Müəyyən siyahılar hazırlanır və azadlıq indeksi formalaşdırırlar. Bu siyahılar anonim ekspertlər tərəfindən hazırlanır ki, biz də bunun tərəfdarı deyilik. Biz insan hüquqlarını siyasi təşkilatlara çevirənlərə qarşıyıq və bu prinsipial mövqeyimiz davam edəcək. Bu, bizim üçün dəyərdir, insan hüquqları qorunmalıdır. Jurnalistikamız da insan hüquqlarının düzgün və geniş təbliğatı sahəsində öz töhfəsini verəcək”, - deyə N.Məmmədli qeyd edib.