MEDİA -da “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə GÖRÜŞ...

İyunun 16-da Medianın İnkişafı Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib.
"Sherg.az" xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.