Zaur KamalSIZLARA ustad dərsi! – “Kitab oxumayan, peşə etikasını tapdalayan...” 

Zeynal Məmmədli:“Güney Azərbaycandan olan soydaşımıza qarşı hərəkətinə bəraət qazandırmaq olmaz”

Ləman Ələşrəfqızı:“Bu gün rayonlara gedin, onlar yetərincə məşhurdurlar. Çünki onlar illər ərzində apardıqları bayağı təbliğatla əhalini də özlərinə oxşada biliblər”


Aparıcı Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. Zaur “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb.
 “Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib.

Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib.

Hadisə ilə bağlı “Sherg.az”a danışan Zeynal Məmmədli bildirib ki, efirarxası olayın əsas gətirilməsi, təbii ki, düzgün deyil:

“Detalları bilmirəm, amma istənilən halda aparıcı birmənalı qarşılanmayacaq davranışa yol verməməlidir. Güney Azərbaycandan olan soydaşımıza qarşı hərəkətə bəraət qazandıraq olmaz”.

Tanınmış teleaparıcı Ləman Ələşrəfqızı da bildirib ki, aparıcının atdığı addım düzgün deyil:

“Mən də sosial mediada öz münasibətimi qısa olaraq bildirdim. Orada da qeyd etmişəm ki, bu cür Zaur “Kamalsızlar”  bu gün efirləri doldurublar. Bu adamlar o qədər çoxluq təşkil edirlər ki, hansı kanalı açsan, mütləq orada bir “kamalsız” var. Onlar kitab oxumayan, peşə etikasını tapdalayan, insanlanların alt şüuruna bu cür səviyyəsiz söhbətləri ilə təsir göstərən insanlardır. Bu gün rayonlara gedin, onlar yetərincə məşhurdurlar. Çünki onlar illər ərzində apardıqları bayağı təbliğatla əhalini də özlərinə oxşada biliblər. Zaur Kamallar nahaqdan ortaya çıxmırlar. Ona görə bu gün də yazdım ki, ARB kanalında Zaur Kamala  heç kim, heç nə demeyəcək. Belə arzuolunmaz hallara qarşı heç bir tədbir görmürlər. Ona görə də “Burada mənəm, Bağdadda kor xəlifə” deyib, istədikləri kimi davranırlar”.