İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.
![](https://scontent.fgyd4-2.fna.fbcdn.net/v/t39.30808-6/292773543_415202490648728_1950208232284335319_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=N6NlxmeZ5UoAX-K_z2o&_nc_ht=scontent.fgyd4-2.fna&oh=00_AT8bKWyaTgUQ5Dm9aL7kfHl3RBntFdXBwcqNSBr3uYF0Gw&oe=62CD92E8)
"Sherg.az" xəbər verir ki, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.
![](https://scontent.fgyd4-3.fna.fbcdn.net/v/t39.30808-6/292675114_415202483982062_5540966483494796292_n.jpg?_nc_cat=100&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=ELHWLp1gRp4AX8hbQrW&_nc_ht=scontent.fgyd4-3.fna&oh=00_AT8_TPcSg6CUAhtND8mCS0luV-baLx5weR4Hv6dbjIIQZA&oe=62CD6832)
Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
![](https://scontent.fgyd4-2.fna.fbcdn.net/v/t39.30808-6/292539630_415202487315395_5185422244333651951_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=730e14&_nc_ohc=O4F3KuO46ycAX__m7JQ&_nc_ht=scontent.fgyd4-2.fna&oh=00_AT-SYNnrorj1BBTSaEIqgEJljVO4U4pKUrOfuEei-zZBjw&oe=62CCC982)
Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.