Türkmənistan təmsilçisi: “Biz türk dövlətlərinin hər biri ilə işləməyə hazırıq”

“Biz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hər biri ilə işləməyə hazırıq”.
“Report”un xəbərinə görə, bunu Türkmənistanın Audiovizual Media üzrə Tənzimləyici Orqanının nümayəndəsi Allamirat Arçeyev Şuşada oktyabrın 27-də Bakıda keçirilən iclasda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Şuşada keçirilən görüş çox əlamətdar hadisədir: “Bu cür görüşlər xalqlarımızın bir-birinə inteqrasiyasına öz töhfəsini verəcək. Azərbaycana ev sahibliyinə və qonaqpərvərliyinə görə Türkmənistan televiziyaçıları adından təşəkkür edirəm”.