Özbəkistan nümayəndəsi: "Türk dünyasının daha sıx əməkdaşlıq platformalarının yaradılacağına əminik"

"Niyyət Bəyannaməsi ilə türk dünyasının daha sıx əməkdaşlıq platformalarını yaradacağına əminik".
“Report”un xəbərinə görə, bunu Özbəkistanın Audiovizual Media üzrə Tənzimləyici Orqanının nümayəndəsi Uluqbek Azamov Şuşada oktyabrın 27-də Bakıda keçirilən iclasda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı deyib.
O, qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib və bu tədbirlərin digər türk dövlətlərində də keçiriləcəyinə ümid etdiyini vurğulayıb.