Baş redaktordan real yanaşma:“...Adamları əzir, tapdalayır”

"Məşhur aparıcılardan biri ilə söhbətdə demişdi ki, "reytinq elə bir xəstəlikdir ki, ona yoluxdunsa, heç cür yaxa qurtara bilmirsən, o səni hər şeyə vadar edir, reytinq bir gün aşağı düşəndə hamıya nifrət edirəm". 
"Sherg.az"ın xəbərinə görə, bu barədə "azxeber,com" saytının baş redaktoru Hacıbəy Heydərli deyib. Baş redaktor bildirib ki, günümüzdə isə sosial mediada "like" xəstəliyi formalaşıb: 

"Çox təəssüf ki, cəmiyyətimizdə ən istedadlar insanlar belə statuslarına az "like" gələndə depressiyaya düşürlər. Ən istedadsız insan belə çoxlu "layk"ı olduğuna görə o adamları əzir, tapdalayır. Hətta hörmət də bəyənməyə görə qoyulur.

 "Filankəsin statusunu bu qədər insan bəyənir" cümləsi günümüzdə çox aktualdır. O qədər istedadlı insan tanıyıram ki, məhz statusuna az bəyənmə gəlir deyə yazmaqdan vaz keçir, cəmiyyətdən küsür, özünü lazımsız hiss edir. 

Mətbuatda bu xəstəlik İP adlanır. 
Əslində mediada ən az oxunan xəbərlər cəmiyyətin ən çox ehtiyacı olan araşdırmalar, təhlillər, reportajlardır".