MEDİA rəhbəri:“Jurnalist işləməyən Əməkdar jurnalistlər Media Reyestrində qeydiyyata alınmır”

“Media subyekti ilə əlaqəsi olmayan və müraciət dövründə jurnalist işləməyən Əməkdar jurnalistlər Media Reyestrində qeydiyyata alınmır”.
“Report”un xəbərinəgörə, bunu Mətbuat Şurasının toplantısında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, Əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı o halda mümkündür ki, onlar Reyestrə müraciət etdikləri vaxtda aktiv jurnalist fəaliyyəti ilə məşğul olsun:
“Çünki onlar vaxtilə jurnalist işləsələr də hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media Reyestrində qeydiyyata alına bilməz".
Ə.İsmayılov həmçinin bildirib ki, hazırda Mətbuat Şurasında işləyən şəxslər də jurnalist hesab edilmədiyindən onlar da Media Reyestrində qeydiyyata alınmayacaq.