Audiovizual Şura Xəzər TV-nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.
Bu barədə Sherg.az-a Şuradan məlumat verilib.
Bildirilib ki, buna səbəb Xəzər TV kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.
Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.
"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib".