Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib
11:17 08.10.2025
Siyasət
462
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib.
Bu barədə Sherg.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının vacib platforma olduğu bildirilib.
Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin Azərbaycan Respublikası ilə İspaniya Krallığı Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio başçılıq ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm