Jurnalist deputata səsləndi: "Bizim hər gün hovuzda üzməyə imkanımız yoxdur"
Turan
11:12 30.10.2019
Media
967
“Mən, "köhnə qvardiya"ya qarşı bir neçə ildi mübarizə aparıram”. Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə deyib.
JAM rəhbəri bildirib ki, bir insanın 25-30 il yüksək vəzifə tutması yaxşı hal deyil:
“Hələ 3 il əvvəl yazmışdım ki, Hacıbala Abutalıbov Suraxanı rayonuna icra başçısı təyin olunanda körpə olan uşaqların, indi öz uşaqları körpədirlər. Bu, mənfi tendensiyadır, şübhəli fəaliyyətə yol açır. Bu baxımdan ölkə Prezidentinin yaşı 70-i ötmüş məmurları istefaya səsləməsini təqdir edirəm, alqışlayıram. Təəssüf ki, bəzi məmurlar və deputatlar bu çağırışa müsbət cavab vermək əvəzinə ciddi-cəhdlə canlarının “buz baltası” kimi möhkəm olduğunu sübut etməyə çalışırlar. Onların sağlam olduğuna şübhəm yoxdur. Xəstə onlar deyil, bizik. Bizi bu adamların yarıtmaz idarəçiliyi, laqeydliyi, biganəliyi xəstə salıb. Bizim onlar kimi kolorili yemək yeməyə, bol-bol vitamin qəbul etməyə, hər gün hovuzda üzməyə imkanımız yoxdur. Çünki bizə çatmalı olan pullar onların cibinə axır. Heç kimin pulunda da gözümüz yoxdur”.
S.Verdizadə onlara kənara çəkilib yığdıqlarını rahat xərcləmələrini, amma gənclərin yolunu açmalarını məsləhət görüb:
“82 yaşlı kişinin gündə 3 saat hovuzda üzdüyünü deyib, özünü gülüş obyektinə çevirməsinə ehtiyac yoxdur. Yenə deyirəm, onların sağlam olduqlarına zərrə qədər də şübhəm yoxdur. Amma biz onlardan xəstə olduqlarına görə deyil, bizi xəstə saldıqlarına görə qurtulmaq istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial