Dərman mafiyası iş başında ! - Şəfa yox, ölüm tapırıq ! – Səssiz genosid !
Banuçiçək Kalbalıyeva
12:38 21.08.2020
Müsahibə
3072
“Zərərli dərmanı bilə-bilə öz millətinə satanlar pul naminə genosid törədirlər”
“Belə məhsulların satışına imkan verməməliyik”
“Bu cür əməllərdə ölkəyə saxta dərman gətirənlərlə yanaşı, bəzi həkimlər də pul qazanırlar”
“Bu da o deməkdir ki, dərmanı gizli yolla gətirənlərlə yanaşı, onu yazanlar və satanlar da cəzalanmalıdırlar”
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz 1840”, “Mercedes-Benz Axor” və “Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaret və 176 müxtəlif adda dərman preparatları aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
Siqareti başa düşdük. Onsuz da zərərli olduğunu bilirik. Amma bəs dərman? Böyük ümidlərlə o dərmanı alıb qəbul edən insan niyə şəfa əvəzinə, xəstəlik, bəzən də ölüm tapmalıdır?!
Bu, az qala, lap pambıqla baş kəsməyə bənzəyir. Necə deyərlər, yuxarı baxsan bığ, aşağı baxsan saqqal-dərmanı almağa əlin, almamağa ürəyin gəlmir.
Söz yox ki, Dövlət Gömrük Komitəsindən verilən məlumat hələ aysberqin görünən tərəfidir. Bunun bir də mübhəm məqamları var.
Odur ki, “Sherg.az” olaraq həmin qaranlıqları qismən də olsa, aydınlatmaq məqsədilə Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlunun fikirlərini öyrəndik.
- Niyə belə hallara yol verilir?
- Bu, təkcə hüquqi, siyasi məsələ deyil. Problemin həm də əxlaqi və mənəvi tərəfləri var. Kimsə zərərli dərmanı bilə-bilə öz millətinə, xalqına satırsa, deməli, o, vətəndaşlıq mövqeyindən çox uzaq adamdır. Belələri pul naminə genosid törədirlər.
- Bəs qarşısını necə almaq lazımdır?
- Nəzarət mexanizmi, demək olar, işləmir. Halbuki belə olmalı deyil. Ölkəyə nəinki dərman, həmçinin təhlükəli ərzaq, geyim gətirilir. Biz belə məhsulların təkcə ölkəyə daxil olmasına yox, həm də satışına imkan verməməliyik. Korrupsiyaya qarşı mübarizə çərçivəsində rüşvət məsələsi tamamilə aradan qalxmalıdır. Bəziləri düşünməməlidir ki, pul verib, gömrüyü keçəcəm. Həm də KİV, o cümlədən televiziya çox fəal olmalı, keyfiyyətsiz dərmanlar, onların yan təsirləri barədə gecə-gündüz danışmalı, maarifçilik işi görməlidir.
- Ölkəyə saxta dərman gətirənləri buna təşviq edən nədir?
- Onlarla əlbir olan bəzi həkimlərimiz.
- Həkimlər niyə?
- Bu cür əməllərdə ölkəyə saxta dərman gətirənlərlə yanaşı, bəzi həkimlər də pul qazanırlar. Deməli, çox vaxt görünməyən tərəf olmalarına rəğmən, təbiblərimiz də günahkardırlar. Dərmanı yazan həkim həmin preparatın hardan, hansı yolla gətirildiyini bilməlidir. Çox vaxt həkimlər bunu bildikləri halda, göz yumur, əksinə, xəstəyə ölkədə olmayan və çox baha qiymətə satılan dərman yazırlar. Beləliklə, həmin dərmanın satışından faiz alırlar. Bu da o deməkdir ki, dərmanı gizli yolla gətirənlərlə yanaşı, onu yazanlar və satanlar da cəzalanmalıdırlar.
- Ölkədə dərman istehsalının gücləndirilməsi problemi həll edə bilərmi?
- Bəlkə də. Amma nəzərə almaq lazımdır ki, yerli dərman sənayəsi ürəkaçan deyil. Yalnız ümumi məqsədlə istifadə oluna biləcək preparatlar Azərbaycanda hazırlanır. Amma ayrı-ayrılıqda fərqli xəstəliklərə qarşı dərman ancaq xaricdən gəlir. Düşünürəm ki, yerli dərman sənayəsinə inkişaf etdirmədən belə, xaricdən asılığı qismən zəiflətmək mümkündür.
- Necə?
- Ölkəmizin bitki potensialı kifayət qədərdir. Sintetik dərmanların yerinə, onlardan istifadə etmək dəfələrlə yaxşıdır. Ən bahalı dərmanları da əvəz edə biləcək bitkilərimiz var. Məsələn kəklikotu, itburnu...Ümumiyyətlə, dərmanların böyük əksəriyyətinin əks təsirləri var. Belə olan halda təbliğat düzgün qurulmalı, bitkilərə üstünlük verilməlidir. Azərbaycanda əhalinin 90 faizinin dərman tələbatını ödəyə biləcək bitki ehtiyatı var. Biz bu yolla xaricdən gətirilən dərman asılılığında azad ola və dərman mafiyasına son qoya bilərik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm