Kreml: Tehranın nüvə silahına sahib olmaq planları yoxdur

Rusiya İranın nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Tehranın nüvə silahına sahib olmaq planları yoxdur.
“'Əlbəttə ki, biz İranın nüvə probleminin sülh yolu ilə həllinə yönəlmiş səyləri tam dəstəkləyirik", - Peskov nüvə dosyesi üzrə ABŞ-İran danışıqlarını şərh edərkən deyib.