Dənizkənarı Milli Park “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb
11:49 08.10.2025
Sosial
302
Dənizkənarı Milli Park nüfuzlu “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb. Mükafat dünyanın ən mötəbpark idarəçiliyinin qiymətləndirilməsi sistemlərindən biri kimi, ictimai istirahət məkanlarında yüksək idarəetmə standartlarını, cəmiyyət üçün əlçatan, təhlükəsiz və baxımlı, ekoloji baxımdan dayanıqlı yaşıl ərazilərin saxlanması və inkişaf etdirilməsini qiymətləndirir.
APA-nın məlumatına görə, “Green Flag Award” proqramı 1996-cı ildə təsis edilmiş və hazırda 20-dən artıq ölkədə tətbiq olunan beynəlxalq ekoloji qiymətləndirmə sistemidir.
Mükafat yalnız yaşıllıqların qorunması, təmizlik və təhlükəsizlik, infrastrukturun vəziyyəti, idarəetmə səmərəliliyi, təbiətə qayğı, ictimai iştirak və inklüzivlik kimi çoxsaylı meyarlar üzrə yüksək göstəricilər əldə edən park və istirahət məkanlarına təqdim olunur.
Dənizkənarı Milli Parkın “Green Flag Award”a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib. Məlumatlar mükafatın beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib və yekun mərhələdə sözügedən münsiflərin iştirakı ilə 30-a yaxın meyar üzrə bilavasitə Milli Park ərazisində ətraflı monitorinq və qiymətləndirmələr aparılıb.
Unikal tarixi, təbii-ekoloji və mədəni kompleks kimi Dənizkənarı Milli Parkın qiymətləndirilməsi prosesində onun estetik əhəmiyyəti, Bakı şəhərinin tarixini və müasir inkişafını əks etdirməklə, unikal şəhər mühiti yaratması, ictimai əhəmiyyəti, habelə saxlanması və idarə edilməsində dövlət tərəfindən tətbiq edilən unikal idarəetmə modeli xüsusilə qeyd edilib.
Qeyd edək ki, Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, həmçinin saxlanması və qorunması sahəsindəki uğurlarına görə ötən il Niderlandda “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatına da layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya