Növbəti erməni həyasızlığı ! - İndi də “Qarabağ xalqı”kartını oynamaq istəyirlər !

“Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır” 

“Ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək




Məlumdur ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı erməni tərəfinin yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi işlədilib. Ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar. Hazırda həmin ərazilərdə məskunlaşan (məskunlaşdırılan) gəlmələri də “Artsax xalqı” kimi təqdim edirlər.


Amma əsl həqiqətdə isə hər kəs bilir ki, “Qarabağ xalqı”, “Artsax xalqı” deyilən bir etno-siyasi anlayış və beynəlxalq münasibətlərin subyekti yoxdur. 

Məsələni “Sherg.az”a dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib ki, mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır.  Partiya rəhbəri bildirib ki, Azərbaycan ərazisində yalnız bir xalq var, o da Azərbaycan xalqıdır: 



“Azərbaycan Respublikasının vətəndaşları sayılan Dağlıq Qarabağdakı ermənilər Azərbaycan xalqının bir parçası olmaq istəyirsə, buyursunlar, biz bundan yalnız və yalnız məmnun olarıq. Ermənistan XİN-i isə bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməniləri “Artsax xalqı” kimi təqdim edir. Həm özlərini, həm də dünya ictimaiyyətini bu yalana, bu mifə inandırmağa çalışır.

“Artsax Respublikası” adında bir “ölkə”, “dövlət” yoxdur. Dünya birliyi belə qondarma xunta rejimini “müstəqil dövlət” kimi qəbul etmir, tanımır. Tanınmayan bir “respublika”nın separatçı fərdlərini “xalq” kimi təqdim etmək yalnız Ermənistanın xülyapərəst diplomatlarının və siyasətçilərinin ağlına gələ bilər”. 

Ə.Hüseynovun sözlərinə görə, biz dünya birliyinin reallıqlarından və beynəlxalq hüququn məntiqindən çıxış edirik: 

“Ermənilər isə uydurduqları miflərə inanmaqda davam etsinlər. Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır. Dağlıq Qarabağın azərbaycanlı icmasını yurd-yuvalarından didərgin salıb, oradakı ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək”.