Rusiyanı Qarabağdan çıxarmaq üçün tək ŞANS:"“İsgəndər”i Şuşaya atması..."

"“İsgəndər”i Rusiyanın atması nə şübhədir, nə də fərziyyə"

"Ancaq bunu tez bir zamanda sübut edib, Kreml əleyhinə beynəlxalq tribunada, Haaqa məhkəməsi səviyyəsində iş açdırmaq lazımdır"


Şuşada qalıqları tapılan “İsgəndər-M” raketi ilə bağlı mübahisələr səngimək bilmir. Müxtəlif eskpertlər bu barədə fərqli fikirlər səsləndirirlər. Necə deyərlər, hərə məsələyə bir don geyindirir.
Hərbi-siyasi ekspert Həşim Səhrablının fikri isə qətidir. O, “Sherg.az”a açıqlamasında təcili addımlar atmağın əhəmiyyətindən danışdı: 
““İsgəndər”i Rusiyanın atması nə şübhədir, nə də fərziyyə. Ancaq bunu tez bir zamanda sübut edib, Kreml əleyhinə beynəlxalq tribunada, Haaqa məhkəməsi səviyyəsində iş açdırmaq lazımdır. Bu, Rusiyanın Qarabağdakı işğaldan fərqlənməyən missiyasına son vermək üçün tək və müstəsna şansdır. Bir ölkəyə qarşı qeyri-döyüş şəraitində zərbə endirən başqa bir ölkə, zərərçəkmiş tərəfin ərazisində nəinki sülhməramlı, heç bir məramlı missiyasında qala bilməz”.