Şuşada döyüşmüş daha bir yaralı hərbçimiz şəhid olub

Azərbaycan ordusunun Vətən müharibəsində yaralanan hərbçisi şəhid olub.

Bu barədə məlumatı APA-ya onun yaxınları verib.

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala yerləşdirilən Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov bu gün şəhid olub.

Allah rəhmət eləsin!