Təxribat ehtimalı var: “Milyardlarla pul xərclənir”- Hazır olaq!

İkinci Qarabağ müharibəsinin ilk ildönümünə bir neçə gün qalıb. Müxtəlif analitiklərin fikrincə, sentyabın 27-dək ermənilərin təxribatı gözləniləndir. Son dövrlər xüsusilə İranın proseslərə müdaxiləsi fonunda baş verənlər belə bir ehtimalı istisna etmir. Amma İrəvan onu da başa düşməlidir ki, revanşist addım onun sonu ola bilər.

Ermənistanın potensial provokasiyasına dair “Sherg.az”a danışan hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bu, tam mümkündür: 

“Ötən otuz il daim erməni təxribatları olub. Bu, əlbəttə, xaricdən idarə olunur. Belə addımlar üçün milyardlarla pul xərclənir. Deyirlər ki, xarakter talehdir. Ermənilərin xarakteri dəyişməyəcək, daim belə davam edəcək. Qədim romalıların fikrincə, qullar “danışan alətdirlər”. 

Ermənilər də başqalarının “danışan alətidir”. Ermənistan hazırda idarəolunmaz vəziyyətdədir. Ölkədə xaos hökm sürür. Və ən böyük təhlükəni xaos olan ölkələrdən gözləmək lazımdır. 

İkinci bir tərəfdən, beynəlxalq terrorun ən aydın nümunələri məhz Ermənistana məxsusdur. Bu mənada təxribat ehtimalı var. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində XXII əsrin də müharibəsinə hazır olmalı olduğumuzu söyləmişdi”.

Kənan Novruzov