Bir ay ərzində azad olunan ərazilərdə daha 512 mina aşkarlanıb


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 962 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.