"Birlik və həmrəyliyimiz qorunduqca Dövlət bayrağımız hər zaman yüksəklərdə dalğalanacaq"  - Millət vəkili 

"9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur".

Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, Azərbaycan xalqı uzun illərdir dövlət bayrağının işğaldan azad olunan ərazilərdə dalğalanmasını səbirsizliklə gözləyirdi: 

"Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində bu bayraq artıq həmin ərazilərdə qürurla dalğalanır. Bu bayrağın həmin ərazilərdə dalğalanması üçün neçə qəhrəman Azərbaycan övladı canından keçdi. Qarşıda duran əsas vəzifə bu bayrağın hər zaman ucalarda dalğalanması üçün səylə çalışmaqdır. Bu baxımdan hər zaman birlik və həmrəyliyimizi qorumaq xüsusi əhəmiyyət daşıyır. Bu birlik və həmrəylik qorunduqca Dövlət bayrağımız hər zaman yüksəklərdə dalğalanacaq. Uca Tanrı birlik və həmrəyliyimizi qorusun. Bayrağımız hər zaman uca olsun!".