“Rusiya Qarabağda saxta demoqrafik rəqəmlər yaradıb işğal planı qurur”

Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılmasına təşəbbüs göstərilib. Dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi ilə bağlı xəbərlər paylaşılıb. 

Bunu Siyahıyalmanı Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir.
Rəsmi Moskva açıq şəkildə göstərir ki, Azərbaycan maraqlarının əksinə xidmət etməyi hədəfləyib.

 Erməni separatçılarına isti münasibət göstərən Rusiya sülhməramlılarının rəhbər heyəti də sülh missiyasını bir kənara atıb qanunsuzluqla məşğul olduğunu aydın şəkildə nümayiş etdirir. Rusiya sülhməramlılarının günü-gündən artan özbaşınalığının qarşısı alınmazsa, mənfi nəticələrin ortaya çıxacağı aydındır.


Məsələ ilə bağlı Azərbaycan Demokratik Partiyanın rəhbəri Sərdar Cəlaloğlu Rusiyanın əsas məqsədinin işğalçılıq olduğunu vurğulayıb:

“Rusiyanın belə addım atmağında müəyyən səbəblər var. Şimal qonşumuz torpağa kök salıb. Buraları tərk edib getmək niyyəti yoxdur. Qarabağda özünə dayaq formalaşdırmaq istəyir. Açıq şəkildə desək, məqsədləri torpağı işğal etməkdir. Orada saxta demoqrafik rəqəmlər yaradaraq işğal planı qurur. Bəlkə də, bölgədə heç bir rus da yaşamır”.

Xanlar ƏLİBƏY