Ombudsman Ağdamda faktaraşdırıcı missiya həyata keçirib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib.
Ombudsman Aparatından "Report"a verilən məlumata görə, faktaraşdırıcı səfər çərçivəsində Ombudsman Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb. Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb.

Ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq və regional təşkilatlara ünvanlanacaq. 

16:38
“İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və onun aparatı faktaraşdırıcı missiya üzrə Ağdam rayonunun Qarağacı və Uzundərə qəbirstanlığlarını ziyarət edib, erməni vandalizminin şahidi olub”.

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə yazıb.